EN

Balıkəsirdə 4,1 bal gücündə zəlzələ baş verdi

BAKI, 31 oktyabr. TELEQRAF

Balıkəsirin Sındırgı bölgəsində 4,1 maqnitudalı zəlzələ qeydə alınıb.

Teleqraf xəbər verir ki, bu barədə məlumat Türkiyənin Fövqəladə Halların İdarə Olunması Agentliyinin (AFAD) saytında yer alıb.

Zəlzələnin yerin 13,5 kilometr dərinliyində baş verdiyi bildirilib. Hadisə yerli vaxtla saat 23:52-də (Bakı vaxtı ilə 00:52-də) qeydə alınıb.

Hazırda bölgədə hər hansı tələfat və ya dağıntı barədə məlumat yoxdur.

Chosen
57
teleqraf.com

1Sources