EN

İngiltərə nəhəngləri “Aston Villa”nın müdafiəçisi uğrunda mübarizəyə hazırlaşırlar

ain.az bildirir, Idman.biz portalına istinadən.

İngiltərə millisinin və “Aston Villa”nın müdafiəçisi Ezri Konsanı yaxından izləyən klublar arasında “Liverpul”, “Mançester Siti” və “Tottenhem” də var.

İdman.Biz bu barədə “Caught Offside” saytına istinadən bildirir.

Məlumata əsasən, Birminhem klubu 28 yaşlı futbolçunu satmaq istəmir, lakin “Maliyyə feyr-pleyi” qaydalarına görə bunu etmək məcburiyyətində qala bilər. “Aston Villa”nın müdafiəçini 40-45 milyon funt sterlinq dəyərləndirdiyi bildirilir.

Konsa bütün yarışlarda İngiltərə millisində 16 oyunda iştirak edib.

Bu mövsüm oyunçu bütün yarışlarda 11 oyunda meydana çıxsa da, qol vura bilməyib. Onun klubla müqaviləsi 2028-ci ilin yayına qədərdir. “Transfermarkt”dakı məlumata görə, onun bazar dəyəri 35 milyon avrodur.

İdman.Biz

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Chosen
59
1
icma.az

2Sources