EN

"Qarabağ"ın sabiq hücumçusu Libertadores kubokunun finalında - VİDEO

Libertadores kubokunda ilk finalçı bəlli olub.

Sportinfo.az xəbər verir ki, “Qarabağ”ın sabiq hücumçusu Juninyo Olavionun formasını geyindiyi “Flamenqo” finala vəsiqə qazanıb.

Braziliya klubu Argentinanın “Rasinq” klubu ilə səfərdə 0:0 oynayıb.

Juninyo bu matçda da meydana çıxmayıb. İlk görüşdə braziliyalılar 1:0 qalib gəlmişdi.

İkinci finalçı isə "Palmeyras"(Braziliya) və “LDU Kito”(Ekvador) klubları arasında keçiriləcək cavab görüşündən sonra bəlli olacaq. İlk oyun “Palmeyras” 3:0 hesablı qələbəsi ilə başa çatmışdı.

Final görüşü noyabrın 29-da baş tutacaq.

Chosen
60
sportinfo.az

1Sources