EN

Bred Pitt imicini dəyişdirdi

Aktor Bred Pitt imicini dəyişdikdən sonra ilk dəfə ictimaiyyət qarşısına çıxıb.

Publika.az xəbər verir ki, bu barədə "Daily Mail" məlumat yayıb.

Bred Pitt “Toronto Blue Jays” və “Los Angeles Dodgers” komandaları arasında keçirilən payız oyununda görünüb. 61 yaşlı aktyor saçlarını və bığlarını yenidən uzadıb, təbii ağ tükləri isə olduğu kimi saxlayıb. O, bu dəyişikliyi yeni film rolu ilə əlaqələndirib.

Yaxın günlərdə Bred Pitt və İnes de Ramon Venesiya Kino Festivalı çərçivəsində keçirilən “Tənha canavarlar” filminin premyerasına qatılıblar. Tədbirdə aktyorun sevgilisi ağ, bədənə oturan maksi don geyinib, görünüşünü iri sırğalar və qızılı klatçla tamamlayıb. Bundan sonra sosial media istifadəçiləri İnəs de Ramonun Pittin keçmiş həyat yoldaşı Ancelina Colinin stilini təqlid etdiyini iddia ediblər.

Chosen
61
2
publika.az

3Sources