EN

Bakıda qadını avtomobil vuraraq öldürüb

BAKI, 31 oktyabr. TELEQRAF

Bakının Sabunçu rayonunda yol qəzası zamanı piyada xəsarət alaraq ölüb.

Teleqraf” ın xəbərinə görə hadisə Balaxanı qəsəbəsində baş verib.

Belə ki, “Reno” markalı avtomobil yolu keçən 1989-cu il təvəllüdlü Məmmədova Könül Məmmədakif qızını vurub. Sürücü ağır xəsarət alan şəxsi dərhal Sabunçu Tibb Mərkəzinə çatdırıb. Lakin həkimlərin müdaxiləsinə baxmayaraq piyadanın ölüb.

Hazırda faktla bağlı Sabunçu Rayon Polis İdarəsində araşdırma aparılır.

Chosen
65
teleqraf.com

1Sources