Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov Birləşmiş Millətlər Təşkilatının Təhsil, Elm və Mədəniyyət üzrə Təşkilatının (YUNESKO) Baş Konfransının 43-cü sessiyasının Özbəkistanın Səmərqənd şəhərində keçirilən açılış mərasimində iştirak edir.
APA xəbər verir ki, bununla bağlı Azərbaycan Xarici İşlər Nazirliyinin "X" hesabında məlumat yayılıb.
 
    
    
    
 
                        
                    