EN

ABŞ Qəzzada Türkiyəni də görmək istəyir

ABŞ administrasiyası İsrailin narazılığına baxmayaraq, Türkiyənin Qəzzada yaradılması planlaşdırılan sülhməramlı qüvvələrin tərkibinə daxil olmasını istəyir.

Modern.az xÉ™bÉ™r verir ki, bu barÉ™dÉ™ “Axios” nəşrinin jurnalisti Barak Ravid ABÅž hökumÉ™tindÉ™ki mÉ™nbÉ™lÉ™rÉ™ istinadla mÉ™lumat verib.

Amerikalı rÉ™smilÉ™rin sözlÉ™rinÉ™ görÉ™, TürkiyÉ™ QÉ™zza üzrÉ™ razılaÅŸmanın É™ldÉ™ edilmÉ™sindÉ™ mühüm rol oynayıb vÉ™ İsrailin baÅŸ naziri Benyamin Netanyahunun Ankaraya yönÉ™lmiÅŸ kÉ™skin tÉ™nqidlÉ™ri “son dÉ™rÉ™cÉ™ mÉ™nfi nÉ™ticÉ™” verib.

Hazırda Vaşinqton Qəzzada həyata keçirilməsi planlaşdırılan beynəlxalq missiya ilə bağlı danışıqları İsraillə, eləcə də bir neçə ərəb və müsəlman ölkəsi ilə aparır.

Layihəyə əsasən, ABŞ, Misir və İordaniyanın nəzarəti altında hazırlıq keçmiş və etibarlılığı yoxlanılmış yenilənmiş Fələstin təhlükəsizlik qüvvələrinin formalaşdırılması planlaşdırılır. Bununla yanaşı, sülhməramlı missiyaya digər ölkələrin hərbi kontingentlərinin də qoşulması nəzərdə tutulur.

Ekspertlərə görə, Vaşinqtonun məqsədi Qəzzada sabitliyi qorumaq və bölgənin idarə olunmasını beynəlxalq nəzarət altına almaqdır. Türkiyənin bu prosesdə iştirakı həm diplomatik, həm də regional balans baxımından ABŞ üçün əhəmiyyətli sayılır.

Chosen
28
1
modern.az

2Sources