EN

I Leopold Konqonu öz şəxsi mülkiyyəti kimi idarə edirdi - Brazilia Universitetinin doktorantı

Bakı.Trend:

“I Leopold Konqonu öz şəxsi mülkiyyəti kimi idarə edirdi. O,məcburi əməyə, şikəst etmələrə və dəhşətə əsaslanan bir rejimqurmuşdu”.

Trend xəbərverir ki, bu fikirləri Brazilia Universitetinin doktorantı,tədqiqatçı Luis Flipp Bakı Təşəbbüs Qrupunun təşkilatçılığı iləBelçikanın müstəmləkə keçmişinə və onun hazırkı ağır fəsadlarınahəsr olunmuş “Belçika Müstəmləkəçiliyi: Tanınma və Məsuliyyət” adlıbeynəlxalq konfransda deyib.

O bildirib ki, konqolu işçilər, reallıqda mümkün olmayanplanları yerinə yetirərək, rezin və fil sümüyü toplamağa məcburedilirdilər:

“Qeyd etmək vacibdir ki, bu tələbləri yerinə yetirə bilməyənlərəllərinin kəsilməsi, edam, dini inanclarına qarşı təzyiq və digərzorakılıq formaları ilə üzləşirdilər”.

Tədqiqatçı əlavə edib ki, Birinci Respublikanın əsgərləri, yənio dövrün ictimai qüvvələri hətta istifadə olunan güllələrin sayınısübut etmək üçün kəsilmiş əlləri təqdim etməyə məcburedilirdilər.

“Bu, zorakılığı inzibati sistemin bir hissəsinə çevirən bir“nəzarət mexanizmi” idi. Vurğulamaq istərdim ki, bu, təsadüfizorakılıq deyildi, idarəetmənin məqsədyönlü bir ölçüsü idi.Zorakılıq, iqtisadi istismarı və irqi iyerarxiyanı möhkəmləndirənsiyasi bir dilə, alətə çevrilmişdi”.

Chosen
12
az.trend.az

1Sources