Bakı. Trend:
Avropa İttifaqı (Aİ) Cənubi Qafqazın iqtisadi vənəqliyyat-kommunikasiya potensialının tam açılmasına dəstəkgöstərməyə hazırdır.
Trend xəbər verirki, bu barədə Avronest Parlament Assambleyasının nəqliyyatəlaqəliliyinə, “yaşıl keçid"ə və infrastruktur inkişafına dəstəkməqsədilə Avropa İttifaqı və ölkələr arasında ədalətli ticarət,əməkdaşlıq və investisiyaların təşviqi haqda qətnaməsindədeyilir.
“Avronest Ermənistan və Azərbaycan arasında sülhün vədövlətlərarası münasibətlərin qurulmasına dair Sazişinparaflanmasını, habelə ərazi bütövlüyü, suverenlik və yurisdiksiyaprinsipləri əsasında bütün regional kommunikasiya xətlərininaçılması qərarını alqışlayır; hər iki ölkəni sərhədlərindelimitasiyası prosesini davam etdirməyə çağırır; vurğulayır ki, AİCənubi Qafqazın iqtisadi və nəqliyyat-kommunikasiya potensialınıntam açılmasını ticarət və investisiya sahəsində, eləcə də nəqliyyatvə digər infrastrukturda, o cümlədən transsərhəd layihələrdəəməkdaşlıq vasitəsilə dəstəkləməyə hazırdır və bununla regionusabitlik, dayanıqlı inkişaf və ümumi rifah zonasına çevirməkniyyətindədir”, – deyə sənəddə bildirilir.
Qətnamədə həmçinin qeyd olunur ki, beynəlxalq sülh və rifahnaminə “Beynəlxalq sülh və rifah uğrunda Tramp marşrutu” (TRIPP)adlı nəqliyyat əlaqəsi layihəsi Cənubi Qafqazın tam iqtisadi vənəqliyyat potensialının açılması yolunda mühüm addımdır.
Qeyd edək ki, Avronest Parlament Assambleyası AvropaParlamentinin, eləcə də Ukrayna, Moldova, Ermənistan, Azərbaycan vəGürcüstanın milli parlamentlərinin deputatlarının iştirak etdiyiparlamentlərarası forumdur. Assambleya 2011-ci ildə AvropaKomissiyası tərəfindən “Şərq Tərəfdaşlığı” təşəbbüsünün bir hissəsikimi yaradılıb.
 
                        