EN

Azərbaycanda avtomobillərdə çipli nömrələrlə bağlı QƏRAR VERİLDİ - VİDEO

Yeni hazırlanan dövlət qeydiyyat nişanlarında artıq çip elementləri tətbiq olunmayacaq. Əvvəllər bu çiplər nəqliyyat vasitələrinə dair məlumatların elektron şəkildə ötürülməsi və identifikasiyası məqsədilə nəzərdə tutulmuşdu.

Day.Az ARB XƏBƏR-ə istinadən xəbər verir ki, Mərkəzi İnformasiya Sisteminin yenilənməsi, eləcə də radar, kamera və nömrə tanıma sistemlərinin təkmilləşdirilməsi nəticəsində bu funksiyalar daha səmərəli və müasir texnologiyalar vasitəsilə həyata keçirildiyi üçün çip istifadəsinə ehtiyac qalmayıb.

Hazırda təqdim edilən dövlət qeydiyyat nişanları bütün texniki, təhlükəsizlik və keyfiyyət standartlarına tam uyğun hesab olunur. Bildirilir ki, bu dəyişiklik yalnız yeni verilən nömrə nişanlarına aiddir və mövcud nişanların dəyişdirilməsinə ehtiyac yoxdur.

Chosen
17
day.az

1Sources