EN

ABŞ qaçqın qəbulunu 7 500 nəfərlə məhdudlaşdıracaq

ABŞ administrasiyası gələn il ölkəyə buraxılacaq qaçqınların sayını 7 500 nəfərlə məhdudlaşdıracaq.

Misisya.Az xəbər verir ki, Federal Reyestrdə dərc edilən qərara əsasən, kvotanın əksəriyyətinin ağdərili Cənubi Afrikalılardan ibarət olacağı bildirilib.

Bu göstərici ötən il müəyyən edilmiş 125 min nəfərlik limitdən xeyli azdır.

Rəsmi açıqlamada məhdudlaşdırmanın “humanitar və milli maraqlara uyğun olaraq” edildiyi qeyd olunub.

Beynəlxalq təşkilatlar isə qərarı tənqid edərək, ABŞ-nin humanitar prinsiplərdən uzaqlaşdığını bildiriblər.

Seyranə QuliyevaMissiya.Az

Chosen
40
1
missiya.az

2Sources