EN

Jurnalist: Belçika Konqonu Kral ll Leopoldun kreditorlarının hesabına müstəmləkəyə çevirib  

Belçika Konqonu öz hesabına deyil, başqasının – yəni, Kral ll Leopoldun kreditorlarının hesabına müstəmləkəyə çevirib. Bu, dünyada yeganə nümunədir, heç bir alman, ingilis və ya portuqal koloniyalaşmanı başqasının hesabına etməyib.

AZƏRTAC xəbər verir ki, bu sözləri belçikalı jurnalist və müstəqil tədqiqatçı Diyödone Kvebe-Kimpele Bakıda Belçika müstəmləkəçiliyinə həsr olunmuş beynəlxalq konfransda çıxışı zamanı söyləyib.

"1908-ci ildə Leopoldun kreditorları qərara gəldilər ki, Konqo müstəqil dövlətinin idarəsi Belçikaya verilsin, beləliklə, qalan borclar ödənilsin. Bu, Konqo müstəmləkə mexanizmini başa düşmək üçün vacibdir.

Konqo müstəqil dövlətinin idarəçiliyinin Belçikaya verilməsi aktivlərin deyil, idarə və rəhbərliyin ötürülməsi demək idi. Məqsəd Belçikanın Afrikada, xüsusilə Konqoda əhalini işlədərək borcları ödətdirməsidir.

Bu borclar faktiki olaraq dörd dəfə ödənilib, çünki hər 1 dollar sərmayə 4 dollar gəlir gətirirdi. Beləliklə, müstəmləkəçilik iqtisadi baxımdan çox sərfəli olub", - deyə belçikalı jurnalist vurğulayıb.

3Sources