Qadın futbolçulardan ibarət Azərbaycan millisi noyabrın 24-dən dekabrın 3-dək Banqladeşdə təlim-məşq toplanışında olacaq. SİA AFFA-nın rəsmi saytına istinadən xəbər verir ki, komanda Dəkkə şəhərində "FIFA Tri Nations Women's Football Series 2025" adlı turnirdə Banqladeş və Malayziya yığmaları ilə mübarizə aparacaq.
Azərbaycan millisi noyabrın 29-da Malayziya, dekabrın 2-də Banqladeş seçməsi ilə Milli Stadionda qarşılaşacaq.
Oyunların başlanma vaxtı və hakim təyinatları hələlik bəlli deyil.
 
                         
 