EN

Metaldan konstruksiyaların istehsalı artır

Bu ilin yanvar-sentyabr aylarında ölkədə 17,6 min tondan çox metaldan konstruksiyalar istehsal olunub ki, bu da ötən ilin eyni dövrünün göstəricisi ilə müqayisədə 2,2 faiz və ya 375 ton çoxdur.

Dövlət Statistika Komitəsinin hesabatına əsasən, cari ilin avqust ayı ilə müqayisədə isə sentyabrda istehsal həcmində 39 faiz və ya 755,4 ton artım müşahidə olunub. Sentyabr ayında 2,7 min tona yaxın metaldan konstruksiyalar istehsal edilib.

Oktyabr ayının 1-nə hazır məhsul ehtiyatı 11,2 min tona yaxın təşkil edib.

Chosen
40
vergiler.az

1Sources