"Qəbələ"nin futbolçusu Prins Ovusu "Mingəçevir"lə Azərbaycan Kuboku matçında het-trikə imza atıb.
Offsideplus.az xəbər verir ki, 19 yaşlı futbolçu "qırmızı-qaralar"ın heyətində bunu edə bilən 7-ci oyunçu olub.
"Qəbələ"nin tarixində het-trik edən digər futbolçular Vüsal Qarayev, Fərzad Hatəmi, Teo Uiks, Baqali Dabo, Filip Ozobiç və Bilel Auaşeriyadır.
Qeyd edək ki, qarşılaşma Qəbələ təmsilçisinin 5:1 hesablı qələbəsi ilə yekunlaşıb
 
                        