EN

"Benzin bitir, 1 saatdır yol dayanıb" - Tıxacdan şikayətləndi

Əməkdar artist Aybəniz Haşımovanın bloger qızı Aynişan Quliyeva tıxaclardan gileylənib. 

Musavat.com xəbər verir ki, evinə gedərkən yolda hərəkət sisteminin dayandığını bildirən Aynişan saatlarla tıxacda qaldığını qeyd edib.

"1 saatdır belə oturmuşuq (avtomobillərin hərəkətsiz dayandığı foto yayımlayıb - red.). Benzin də bitir, enerji də. Amma tıxac bitmir. Bu, tıxac deyil, bizim yolun fəaliyyətini dayandırıblar. 1 santimetr belə tərpənmirik" deyə, bloger əlavə edib. 

Könül
Musavat.com 

Chosen
6
2
musavat.com

3Sources