İlk növbədə Azərbaycan tərəfinə bu səfərin təşkilinə görə minnətdaram.
Bunu Zəngilanın Həkəri dəmiryol stansiyasında görülən işlərlə tanış olan TRASEKA-nın Baş katibi Aset Asavbayev APA-ya açıqlamasında deyib.
Zəngəzur dəhlizini mənalı layihə adlandıran Baş katibi uzunluğu 110 kilometr olan Horadiz-Ağbənd dəmir yolunda tikinti işlərinin aktiv şəkildə davam etdirildiyi və yolun 67 km-də işlərin başa çatdığını bildirib.
O, Azərbaycan tərəfinin layihəni praktiki olaraq baş çatdırmasından məmnunluğunu ifadə edib: