EN

Fransadan olan jurnalist: Fransa və Belçika müstəmləkələrindən olan iştirakçılar üçün Azərbaycan böyük əhəmiyyət kəsb edir

Bakı, 31 oktyabr, AZƏRTAC

Konqodan olan iştirakçılara bildirdim ki, Azərbaycan müstəmləkəçilik və neokolonializmə qarşı mübarizədə dünyanın çoxmədəniyyətli ölkələrindən biridir. Burada 50-dən çox fərqli etnik qrup, xalq və din nümayəndəsi yaşayır. Eyni zamanda, Azərbaycan özü də müəyyən mənada müstəmləkəçilik təcrübəsi yaşayıb. Əvvəlcə Sovet İttifaqının tərkibində olub, daha sonra isə Qarabağın ermənilər tərəfindən işğalı bir növ müstəmləkəçilik formasına bənzəyir.

Bu sözləri AZƏRTAC-a açıqlamasında Fransadan olan jurnalist Jan-Mişel Brun söyləyib: “Buna görə azərbaycanlılar bu məsələyə qarşı çox həssasdırlar. Ən maraqlısı odur ki, Azərbaycan dünyada müstəmləkəçilikdən əziyyət çəkmiş xalqlara səs verən yeganə ölkələrdən biridir. Konqolular buraya gələndə düşünürlər ki, bu, bəlkə də yeni bir dövrün başlanğıcıdır. Onlar istəyirlər ki, bir neçə ay sonra yenidən qayıdıb, “yeni Konqonu” qursunlar.

Məhz buna görə də Fransa və Belçika müstəmləkələrindən olan iştirakçılar üçün Azərbaycan böyük əhəmiyyət kəsb edir. Onlar Azərbaycandan böyük gözləntilər içindədirlər".

Jan-Mişel Brun əlavə edib ki, onlar Bakı Təşəbbüs Qrupu ilə əməkdaşlıq etməkdən məmnundurlar: “Bu təşkilat hələ cəmi üç ildir fəaliyyət göstərir, amma artıq böyük irəliləyişlər əldə edib. Onlar çox önəmli iş görürlər və bu işin dünyaya çatdırılması vacibdir”.

Chosen
35
2
azertag.az

3Sources