Bu sözləri Ermənistan Milli Məclisinin sədri Alen Simonyan parlamentdə yerli jurnalistlərəmüsahibəsindədilə gətirib. O vurğulayıb ki, ölkə ictimaiyyəti və mətbuatı bu qarşılıqlı əlaqəyə hazırlaşmalıdır.
"Azərbaycan tərəfi ilə münasibətlərimiz, əlbəttə, irəliləyəcək. Doğrudur, müzakirə doğuran məsələlər də qalmaqdadır, amma hər halda, "biz" təmaslarımızı genişləndirmək niyyətindəyik. "Biz" deyəndə burada Azərbaycan tərəfini də nəzərdə tuturam. Çünki cari əlaqələrimiz fonunda belə başa düşürəm ki, biz eyni dalğadayıq",– spiker söyləyib.
O həmçinin Prezident İlham Əliyevin İrəvanda keçiriləcək Avropa Siyasi Birliyi sammitində iştirakdan imtinası xəbərinə də toxunub:
"Azərbaycan tərəfinin müəyyən tədbirlər barədə qərarlarında "gizli motivlər" axtarmaq lazım deyil. İlham Əliyevin və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın İrəvana əminliklə, rahatlıqla səfərə gəlmələri üçün bütün şəraiti quracağıq".
Xatırladaq ki, gələn ilin yazında İrəvanda keçiriləcək Avropa Siyasi Birliyinin sammitində iştirak məqsədilə Azərbaycan və Türkiyə prezidentlərinə dəvət göndərilib.
Firudin Həmidli
AzVision.az