Bakı. Trend:
Azərbaycan Mərkəzi Bankı (AMB) və Dünya Bankı (DB) makroiqtisadivəziyyət, maliyyə sektorunda həyata keçirilən islahatlar, eləcə dərəqəmsal ödənişlərin inkişaf məsələləri müzakirə olunub.
Bu barədə Trend AMB-yə istinadən xəbər verir.
Belə ki, Mərkəzi Bankın sədri Taleh Kazımov Azərbaycanda səfərdəolan Dünya Bankının (DB) Avropa və Mərkəzi Asiyada rifah üzrəregional direktoru Əsəd Ələmin rəhbərlik etdiyi nümayəndə heyətiilə görüşüb.
Görüş zamanı ölkədə makroiqtisadi vəziyyət, maliyyə sektorundahəyata keçirilən islahatlar, eləcə də rəqəmsal ödənişlərin inkişafməsələləri müzakirə olunub. Eyni zamanda, Mərkəzi Bank iləəməkdaşlıq çərçivəsində DB tərəfindən icra edilən “Maliyyəsektorunun modernləşdirilməsi 3” layihəsi üzrə həyata keçirilmiş vənəzərdə tutulan işlər barədə danışılıb.
Görüşdə həmçinin DB-nin Azərbaycandakı fəaliyyəti və gələcəkperspektivləri üzrə ətraflı fikir mübadiləsi aparılıb.