"Barselona"nın əfsanəsi Lionel Messi 2026-cı ildə keçiriləcək klub prezident seçkilərində fəal iştirak etmək qərarına gəlib.
Publika.az xəbər verir ki, bu barədə "ABC.es" məlumat yayıb.
Argentinalının məqsədi hazırkı prezident Xuan Laportanı postundan kənarlaşdırmaq üçün digər namizədə dəstək vermək olacaq.
Bildirilir ki, Messi real qələbə şansı olmayan heç bir namizədi dəstəkləmək niyyətində deyil. "Barsa" tarixinin ən çox qol vuran futbolçusu yalnız güclü və birləşmiş müxalifət tərəfini dəstəkləməyə hazırdır.