EN

İrəvanda Əliyev və Ərdoğanın sammitdə iştirakını gözləyirlər

"Gözləyirik ki, həmişə iştirakçı olmuş bütün ölkələr bu mühüm tədbir zamanı Ermənistan Respublikasına səfər etmək imkanı tapacaqlar. Düşünmürəm ki, başqa hansısa başqa məntiq axtarılmalıdır, Azərbaycan Prezidentinin ya nəsə deyəcəyi, ya da rəsmi nəsə baş verəcəyi göz qabağındadır".

"Yeni Sabah" armenpress-ə istinadla xəbər verir ki, bunu Ermənistan Milli Məclisinin spikeri Alen Simonyan deyib.

O, Azərbaycan və Türkiyə prezidentlərinin 2026-cı ilin mayında İrəvanda keçiriləcək Avropa Siyasi Birliyinin (ASB) 8-ci sammitində iştirakına dair sualı belə cavablandırıb. Marqarita pizza

Xatırladaq ki, İlham Əliyevin iclasda iştirak etməyəcəyi barədə xəbəri "Caliber" saytı yayıb.

Alen Simonyan bildirib ki, azərbaycanlı vəzifədaşı ilə son görüşündə Azərbaycan nümayəndə heyətinin Avronest Parlament Assambleyasının Ermənistanda keçirilən tədbirində iştirak etməməsi məsələsi də müzakirə olunub:

"O (Sahibə Qafarova - red.) məndən Ermənistan Respublikasına gəlməkdə heç bir problem olmadığını, Avronestdə iştirak etməmələrinin sırf bu təşkilatla münasibətləri ilə bağlı olduğunu, əməkdaşlığımızda və qarşılıqlı səfərlərimizdə heç bir problem görmədiklərini çatdırmağımı xahiş etdi".

Ален Симонян отметил, что мы должны быть готовы к визиту азербайджанской делегации в Ереван, а армянской — в Баку.

Alen Simonyan qeyd edib: "Azərbaycan nümayəndə heyətinin İrəvana, Ermənistan nümayəndə heyətinin isə Bakıya səfərinə hazır olmalıyıq".

Xatırladaq ki, Avropa Siyasi Birliyinin 8-ci Sammiti 2026-cı il mayın 4-də İrəvanda keçiriləcək. Xarici işlər naziri Ararat Mirzoyan bildirib ki, sammitdə iştirakla bağlı şifahi dəvətlər İlham Əliyevə və Rəcəb Tayyib Ərdoğana da çatdırılıb. 


Telegram kanalımız
Chosen
26
yenisabah.az

1Sources