EN

KİV: ABŞ Venesuelaya hava zərbələri endirməyə hazırlaşır

KİV: ABŞ Venesuelaya hava zərbələri endirməyə hazırlaşır

ABŞ administrasiyası Venesuelada narkotik qaçaqmalığında istifadə olunduğu iddia edilən obyektləri müəyyən edib və bu yerlərə hava zərbələri endirmək imkanını saxlayır.

AFN.az "The Wall Street Journal"a istinadən xəbər verir ki, ABŞ prezidenti Donald Tramp hələ hücumla bağlı son qərarı qəbul etməyib. "Potensial hava zərbələrinin hədəfləri arasında hərbçilər tərəfindən idarə olunan limanlar və hava limanları ola bilər" - deyə materialda qeyd edilir.

Nəşr bildirir ki, bu addımla Tramp Venesuela lideri Nikolas Maduroya “istefa verməyin vaxtı çatıb” mesajını vermək niyyətindədir. Ağ Evin mətbuat katibinin müavini Anna Kelli WSJ-ə bildirib: “Prezident Tramp Maduroya açıq mesaj göndərib: ölkəmizə narkotik və cinayətkar göndərmək kafi oldu. Prezident ABŞ qüvvələrinin bütün elementlərindən istifadə etməyə hazırdır ki, narkotik axını dayandırılsın.”

Maraqlıdır ki, ABŞ rəsmiləri Venesuelanı “terror fəaliyyəti üçün mərkəzi mərkəz” adlandırsa da, bunu sübut edən məlumat təqdim etməyiblər.

Chosen
8
afn.az

1Sources