EN

Süni intellekt dünyanı dəyişir: iki ölkədə seçkini “uddu”

ain.az, Axar.az portalına istinadən məlumat yayır.

İrlandiya və Niderlandda keçirilən seçkilər süni intellektlə yaradılmış saxta videoların və təsvirlərin seçki prosesinə real təsir göstərə biləcəyini ortaya qoyub.

Axar.az xəbər verir ki, bu barədə “Politiko” nəşri məlumat yayıb.

“İrlandiyada prezident seçkiləri ərəfəsində namizəd Ketrin Konnollinin seçkidən çəkildiyini göstərən saxta video yayılıb. “Deepfake” texnologiyası ilə hazırlanmış həmin videoda həm Konnollinin, həm də bir neçə jurnalistin səsi və görüntüsü təhrif olunub. Nəticədə bəziləri səsvermə günü onun adını bülletendə görəndə təəccübləniblər.

Niderlandda isə iki ifrat sağçı deputat rəqib solçu siyasətçi haqqında “deepfake” şəkilləri yayan Feysbuk səhifəsi yaradıblar. Bu, seçkilər öncəsi ciddi qalmaqala və ittihamlara səbəb olub.

Hadisələr Avropa siyasətində süni intellektin yaratdığı yeni risklərə diqqəti bir daha cəlb edib və seçkilərin etibarlılığını qorumaq üçün əlavə qaydalara ehtiyac olduğunu göstərib”, - məlumatda bildirilir.

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Chosen
40
axar.az

1Sources