EN

VENESUELAYA HÜCUM HƏR AN BAŞLAYA BİLƏR ABŞ ordusu əsas hədəfləri müəyyənləşdirib

Azpolitika.az saytından alınan məlumatlara görə, ain.az xəbər verir.

ABŞ administrasiyası Venesuelada narkotik qaçaqmalçılığında istifadə olunduğu iddia edilən limanlar, hava limanları və dəniz obyektlərinə hərbi zərbə planlaşdırır.

“AzPolitika” bldirir ki, bu məlumat “The Wall Street Journal” qəzeti yayıb.

Məqalədə qeyd olunur ki, Ağ Ev artıq əməliyyatın mümkün hədəflərini müəyyən edib. Bunlara Venesuela Silahlı Qüvvələrinin nəzarətində olan limanlar, dəniz bazaları və hava limanları daxildir. ABŞ administrasiyası bu addımı “dövlət kriminal şəbəkəsi” ilə mübarizə çərçivəsində atmaq niyyətindədir.

Mənbələrin məlumatına görə, ABŞ-nin Karib dənizində yerləşdirdiyi qüvvələr, bombardman təyyarələri və logistik dəstək hərbi planların həyata keçirilməsi üçün gücləndirilib. Analitiklər bildirirlər ki, bu əməliyyatın məqsədi Venesueladakı rejimin mövqelərini zəiflətmək və narkotik marşrutlarını məhdudlaşdırmaqdır.

Eyni zamanda, hərbi müdaxilənin regionda eskalasiya yaratmaq riski yüksək qiymətləndirilir. Venesuela tərəfi ABŞ-nin belə hərəkətlərinə müqaviət göstərəcək, region ölkələri və beynəlxalq ictimaiyyət də əməliyyatın hüquqi nəticələrini diqqətlə izləyəcək.

Hərbi ekspertlərin fikrincə, ABŞ-nin potensial hücum planı həm də Venesuelanın müdafiə sistemlərinin - xüsusilə Rusiya istehsalı S-300 tipli zenit-raket komplekslərinin əməliyyatlara cavab vermək qabiliyyəti ilə bağlı risklər daşıyır.

Hazırda Ağ Ev və Müdafiə Nazirliyi tərəfindən planın təsdiqlənməsi gözlənilir. Məqalədə vurğulanır ki, ABŞ-nin Venesuelaya qarşı hərbi addımı diplomatik gərginliyi artıracaq və Latın Amerikasında qeyri-adi hərbi fəallığın yeni mərhələsini başlada bilər.

“AzPolitika.info”

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Chosen
42
azpolitika.info

1Sources