EN

Əmək və əhalinin sosial müdafiəsi naziri Naxçıvanda vətəndaşların müraciətlərini dinləyib  

Əmək və əhalinin sosial müdafiəsi naziri Anar Əliyev Naxçıvan şəhərində Naxçıvan Muxtar Respublikasının sakinlərinin müraciətlərini dinləyib.

Nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a verilən məlumata görə, əvvəlcə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin kollektivi Ümummilli Lider Heydər Əliyevin abidəsini ziyarət edib.

Həmin gün vətəndaşlar məşğulluq, əlillik, mənzil təminatı, ünvanlı sosial yardım və digər məsələlərlə bağlı müraciət ediblər. Onların sırasında şəhid ailələrinin üzvləri və müharibə iştirakçıları da olub.

Hər bir müraciət fərdi qaydada araşdırılıb və nəticəsinə uyğun tədbirlər görülüb.

Sorğu xarakterli müraciətlərlə bağlı qanunvericiliyə uyğun izahatlar verilib. Vətəndaşlar müraciətləri əsasında aktiv məşğulluq proqramlarına, habelə özünüməşğulluq proqramına cəlb edilmələri üçün qeydiyyata alınıblar.

8Sources