EN

Azərbaycanın Səhiyyə Nazirliyində TİKA-nın rəhbərliyi ilə görüş keçirilib (FOTO)

Bakı. Trend:

Səhiyyə Nazirliyində Türk Əməkdaşlıq və KoordinasiyaAgentliyinin (TİKA) sədri Abdullah Erenin rəhbərlik etdiyinümayəndə heyətinin Azərbaycana işgüzar səfəri çərçivəsində görüşkeçirilib.

Trend xəbərverir ki, bu barədə Səhiyyə Nazirliyi məlumat yayıb.

Bildirilib ki, görüş zamanı iki qardaş dövlət arasındaçoxtərəfli əməkdaşlıq münasibətlərinin uğurlu inkişafı, habeləsəhiyyə sahəsində əməkdaşlıq və birgə layihələrin reallaşmasıətrafında səmərəli fikir mübadiləsi aparılıb.

Qonaqları salamlayan səhiyyə naziri Teymur Musayev vurğulayıbki, Azərbaycan-Türkiyə əməkdaşlığı bütün sahələrdə olduğu kimi,səhiyyə və tibb elmi sahəsinndə də nümunəvidir. Nazirin sözlərinəgörə, Azərbaycanda tibbin bütün sahələri üzrə peşəkar kadrlarınyetişdirilməsində qardaş ölkənin tibbi mərkəzlərində çalışanmütəxəssislərin müstəsna xidmətləri var.

Diqqətə çatdırılıb ki, 44 günlük Vətən müharibəsiiştirakçılarının postmüharibə dövründə psixoloji pozuntularınınaradan qaldırılması, xəsarət almış şəxslərin cəmiyyətə yenidəninteqrasiyası, onların sosial reabilitasiyası məsələləri daimdövlətimizin diqqətindədir. Belə ki, veteranlarımıza proaktivpsixoloji və tibbi yardım göstərmək üçün türkiyəli peşəkarmütəxəssislər Səhiyyə Nazirliyinin dəvəti ilə Azərbaycana gəliblər.Onlar bilik və təcrübələrini yerli mütəxəssislərlə bölüşərək,ehtiyacı olan şəxsləri müayinə və müalicə ediblər.

TİKA-nın rəhbərliyinin iştirakı ilə Səhiyyə Nazirliyinin 2nömrəli Bakı Baza Tibb Kollecində Əczaçılıq TədrisLaboratoriyasının açılışının mahiyyətini vurğulayan Teymur Musayevdedi:

“İki qardaş ölkənin gələcəyi olan gənclərin daha yaxşı təhsilalmaları üçün yaradılmış tədris laboratoriyası tələbələrin praktiktəlim imkanlarını genişləndirəcək. Eyni zamanda, əczaçılıqsahəsində müasir və keyfiyyətli təhsil mühitinin formalaşmasınaxidmət edəcək”.

Səmimi qəbula görə təşəkkürünü bildirən Abdullah Eren vurğulayıbki, möhkəm təməllər üzərində dayanan Azərbaycan-Türkiyə qardaşlıqmünasibətləri birlik və həmrəyliyimizin bariz göstəricisidir.TİKA-nın sədri, həmçinin səhiyyə sahəsində ölkələrimiz arasında sıxəlaqələrin mövcudluğunu diqqətə çatdırıb.
Görüşdə, həmçinin qarşılıqlı maraq doğuran digər məsələlərətrafında fikir mübadiləsi aparılıb.

Azərbaycanın
Azərbaycanın
Məqalədə:
Chosen
66
8
az.trend.az

9Sources