EN

Nazir: İƏT-ə və Qoşulmama Hərəkatına üzv ölkələrdən hər il 100 tələbəyə Azərbaycanda təhsil almaq imkanı yaradılıb

Bakı, 31 oktyabr, AZƏRTAC

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Özbəkistanın Səmərqənd şəhərində keçirilən Birləşmiş Millətlər Təşkilatının Təhsil, Elm və Mədəniyyət üzrə Təşkilatının (YUNESKO) Baş Konfransının 43-cü sessiyasında çıxışı zamanı təhsil sahəsində dayanıqlı inkişaf baxımından Azərbaycan tərəfindən görülən işlərin əhəmiyyətini vurğulayıb.

AZƏRTAC-ın məlumatına görə, nazir Azərbaycan Prezidenti İlham Əliyevin -cü il 8 iyul 2023tarixli Fərmanı ilə təsis olunmuş Heydər Əliyev Beynəlxalq Təhsil Qrantı proqramı çərçivəsində İslam Əməkdaşlıq Təşkilatı və Qoşulmama Hərəkatının üzv ölkələrindən hər il 100 tələbəyə, ümumilikdə 5 il ərzində 500 tələbəyə Azərbaycanda təhsil almaq imkanı yaradıldığını bildirib.

Chosen
31
2
azertag.az

3Sources