EN

Azərbaycanın daxili dövlət borcunun yeni tərkibi açıqlanıb

2025-ci ilin oktyabrın 1-nə Azərbaycanın daxili dövlət borcu 17,47 milyard manat təşkil edib.

Finss.az MaliyyÉ™ Nazirliyinin mÉ™lumatına É™sasÉ™n xÉ™bÉ™r verir ki, bunun 7,987 milyard manatı dövriyyÉ™dÉ™ olan dövlÉ™t qiymÉ™tli kağızları, 9,60 milyard manatı isÉ™ hökumÉ™tin üzÉ™rinÉ™ götürdüyü dövlÉ™t zÉ™manÉ™tli öhdÉ™liklÉ™r təşkil edir.

Dövlət qiymətli kağızlarının müddət strukturu belədir:

  • 1 illik: 3%
  • 2 vÉ™ 3 illik: 56,3%
  • 5 il vÉ™ daha artıq müddÉ™tli: 40,7%

Oktyabrın 1-nə dövriyyədə olan dövlət istiqrazları üzrə Orta Ödəmə Müddəti (OÖM) 3,52 il təşkil edib. Hesabat dövründə dövlət istiqrazlarının orta ödəniş müddətinin uzadılması, təkrar maliyyələşdirmə həcmlərinin hamarlaşdırılması məqsədilə həyata keçirilən tədbirlər nəticəsində qısamüddətli dövlət istiqrazlarının geri alınaraq daha uzunmüddətli istiqrazlarla əvəz olunması OÖM-in artmasına səbəb olub.

Bu göstəricilər Azərbaycanın daxili borc bazasının idarəolunan olduğunu və dövlət istiqrazlarının uzunmüddətli maliyyələşdirməyə yönəldildiyini göstərir.

Fuad Mədətov
Finss.az

Chosen
8
fins.az

1Sources