EN

Karibdə “Melissa” qasırğası

Missiya.az saytından verilən məlumata görə, ain.az xəbər verir.

Karib dənizində təsirli olan “Melissa” qasırğası nəticəsində ölənlərin sayı 49-a yüksəlib. 

Missiya.Az xəbər verir ki, qasırğanın sürəti saatda 295 kilometrə çatır və Haiti, Yamayka və Kuba ərazilərində güclü yağış, tufan və daşqınlara səbəb olub.

Haitidə 30 nəfər ölüb, 20 nəfər yaralanıb, 20 nəfər isə itkin düşüb. Yamaykada isə əvvəlcə 4 nəfər bildirilsə də, ölənlərin sayı 19-a yüksəlib. Kubada 735 mindən çox insan təhlükəsizlik məqsədilə təxliyə olunub.

Birləşmiş Ştatlar bölgəyə axtarış-xilasetmə qrupları göndərib. Qasırğa hələ də bölgədə ciddi dağıntılara səbəb olur.

Seyranə QuliyevaMissiya.Az

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Chosen
7
missiya.az

1Sources