EN

“Araz-Naxçıvan”ın braziliyalı futbolçusu Benin millisinə dəvət alıb

Bakı, 31 oktyabr, AZƏRTAC

“Araz-Naxçıvan”ın futbolçusu Felipe Santos Benin millisinin təlim-məşq toplanışına dəvət alıb.

Naxçıvan təmsilçisindən AZƏRTAC-a verilən məlumata görə, o, noyabrın 10-da yeni komandasının Kotonuda təşkil ediləcək hazırlıq prosesinə qoşulacaq.

Benin millisi bir neçə günlük hazırlıqdan sonra Mərakeşin Rabat şəhərinə səfər edəcək və yarımmüdafiəçi noyabrın 18-də Burkina Faso ilə orada keçiriləcək yoldaşlıq oyununda debüt edəcək.

Qeyd edək ki, braziliyalı futbolçuya bir müddət əvvəl Benin pasportu təqdim edilib.

 

Chosen
25
11
azertag.az

10Sources