EN

“Səyyar Gənclər Xidməti” layihəsi Qusar gənclərinə xidmət göstərib (FOTO)

Bakı. Trend:

27–31 oktyabr tarixlərində Qusar rayonunda “Səyyar GənclərXidməti” layihəsinin növbəti mərhələsi uğurla yekunlaşıb.Azərbaycan Respublikasının Gənclər Fondunun dəstəyi, “GəncKönüllülər” İctimai Birliyi və Gənclərin İnkişaf və KaryeraMərkəzinin tərəfdaşlığı ilə həyata keçirilən layihə “Suverendövlət, vətənpərvər gənclik” devizi altında Qusar gənclərininliderlik, şəxsi inkişaf və peşəyönümlü bacarıqlarının artırılmasınaxidmət göstərib.

Layihənin açılışı Azərbaycan Respublikasının Dövlət Himnininsəsləndirilməsi və torpaqlarımızın ərazi bütövlüyü uğrunda şəhidolmuş qəhrəmanlarımızın xatirəsinin bir dəqiqəlik sükutla yadedilməsi ilə başlanıb. Rəsmi çıxışlarda Qusar Rayon İcraHakimiyyətinin ictimai-siyasi məsələlər şöbəsinin müdiri KamranSədullayev, Gənclərin İnkişaf və Karyera Mərkəzinin Baş direktoruAzər Əliyev və “Gənc Könüllülər” İctimai Birliyinin sədri AyxanAllahverdiyev layihənin gənclərin intellektual və sosialpotensialının üzə çıxarılmasındakı əhəmiyyətindən bəhs ediblər.

Xidmət çərçivəsində gənclər peşə seçimi, karyera planlaması,süni intellekt texnologiyaları, narkomaniya ilə mübarizə, sağlamhəyat tərzinin təşviqi və motivasiya kimi mövzularında təşkilolunan maarifləndirici sessiyalarda biliklərini dərinləşdiriblər.Layihənin praktiki hissəsində Qusar gəncləri onlar üçün yaradılmışzonalarda interaktiv sessiyalar, vörkşoplar və intellektualyarışlarda iştirak edərək həm bacarıqlarını nümayiş etdirib, həm dəsosiallaşıblar. Layihənin sonunda fəal iştirakçılar müxtəlifhədiyyələrlə təltif olunub.

Xatırladaq ki, Azərbaycan Respublikasının Prezidenti İlhamƏliyev tərəfindən 2025-ci ilin “Konstitusiya və Suverenlik İli”elan olunması çərçivəsində reallaşan bu təşəbbüs gənclərin dövlətsuverenliyi və müstəqillik anlayışlarını daha dərindən dərketməsinə, tarixi Zəfərimizin mahiyyətini gənc nəslə aşılanmasına vəregionlarda innovativ təşəbbüslərin geniş yayılmasına töhfə verir.Cari ilin 5 avqust tarixindən etibarən icra olunan Səyyar GənclərXidməti bugünədək Cəbrayıl, Ağdam, Tərtər, Goranboy, Göygöl,Daşkəsən, Gədəbəy, Qax, Zaqatala, Balakən və Şəki rayonlarındauğurla həyat keçirilib.

“Səyyar
“Səyyar
“Səyyar
“Səyyar
“Səyyar
“Səyyar
“Səyyar
“Səyyar
“Səyyar
“Səyyar
“Səyyar
“Səyyar
Chosen
12
2
az.trend.az

3Sources