EN

Lukaşenkodan ağlasığmaz ideya – “Üfunətli Avropa buna görə bizə pul ödəməlidir”

Belarus Prezidenti Aleksandr Lukaşenko küləyin ölkəsindəki təmiz havanı Avropaya aparmasından şikayətlənib.

NOCOMMENT.az bu barədə “BELTA” dövlət agentliyinə istinadən xəbər verir.

Berezinski Biosfer Qoruğunu ziyarət edən Lukaşenko bildirib ki, küləyin apardığı təmiz havaya görə Avropa Belarusa pul ödəmir.

“Vaxt gələcək ki, bu üfunətli Avropa Tanrıdan bizə göndəriləni qoruduğumuza görə bizə pul ödəyəcək. Onlar pul ödəmək əvəzinə, bizi sanksiyalarla boğmağa başlayırlar. Bu, keçəcək. Artıq keçir. Düşünürəm ki, bunun üçün bizə pul ödəyəcəkləri vaxt çox da uzaqda deyil”, – deyə Lukaşenko iddia edib.

Xatirə SADİQ

Chosen
10
nocomment.az

1Sources