EN

Samuxda ağacəkmə aksiyası keçirilib

31 oktyabr 2025-ci il tarixdə “Konstitusiya və Suverenlik İli” çərçivəsində Samux Rayon İcra Hakimiyyətinin və YAP Samux rayon təşkilatının  birgə təşkilatçılığı ilə qələbəmizin beşinci ildönümünə  həsr edilmiş ağacəkmə aksiyası keçirilib. Ağacəkmə aksiyası  Samux-Kür magistral yolunun hər iki tərəfində təşkil edilib. Aksiya çərçivəsində  1500-ə yaxın müxtəlif növ ağac və dekorativ gül kolları əkilib.

Aksiyada Samux Rayon İcra Hakimiyyətinin başçısı Firdovsi Əliyev,YAP Samux rayon təşkilatının sədri Gündüz Bayramov,  hüquq-mühafizə orqanlarının rəhbərləri, şəhid ailələri, YAP Samux rayon təşkilatının partiya fəalları, idarə, müəssisə və təşkilatların əməkdaşları iştirak ediblər.

Aksiya çərçivəsində iştirakçılar ağac əkməklə yanaşı, yol kənarlarında  təmizlik-abadlıq işləri aparıb, ərazini alaq otlarından, daşlardan təmizləyib, əvvəllər basdırılan tinglərə aqrotexniki qulluq göstəriblər.

1Sources