EN

Trampın Putinlə Budapeşt görüşünü niyə ləğv etdiyi ortaya çıxdı – Kremldən Ağ Evə nota...


Dünya Tramp və Putin arasında Budapeştdə keçiriləcək görüşü gözləyirdi. 16 oktyabrda ABŞ prezidenti Donald Tramp sosial mediada Rusiya prezidenti Putinlə Budapeşt şəhərində görüşəcəyini etan etmişdi.

"Prezident Putin və mən Rusiya ilə Ukrayna arasındakı bu utancverici müharibəyə son qoymaq üçün razılaşdığımız bir yerdə Macarıstanın Budapeşt şəhərində görüşəcəyik" - deyə Tramp bildirmişdi.

Lakin sammitin sürpriz şəkildə ləğv edildi. Oktyabrın 21-də Ağ Ev Tramp və Putin arasında yaxın gələcəkdə sammitin gözlənilmədiyini elan edib, ardından Tramp "Prezident Putinlə görüşü ləğv etdim, çünki bu, mənə doğru görünmür" deyib.

Tramp görüşü müsbət nəticə gözləmədiyi üçün ləğv etdiyini elan edib, Rusiya tərəfi isə danışıqların sadəcə təxirə salındığını iddia edib.

Bu arada, "The Financial Times" qəzeti zirvənin ləğvi qərarının iki ölkənin yüksək vəzifəli diplomatları arasında "gərgin telefon danışığı"ndan sonra verildiyini bildirib. Məlumata görə, Rusiya Xarici İşlər Nazirliyi Vaşinqtona nota göndərib.

Moskvadan Vaşinqtona göndərilən notada Putinin işğalın "kök səbəbləri" adlandırdığı tələblər, o cümlədən ərazi güzəştləri, Ukraynanın silahlı qüvvələrinin əhəmiyyətli dərəcədə azaldılması və onun heç vaxt NATO-ya qoşulmayacağına dair zəmanətlər vurğulanıb.

Qəzetin məlumatına görə, ABŞ Rusiyanın "sərt tələblər" irəli sürməsindən sonra Budapeştdə planlaşdırılan Tramp-Putin zirvə görüşünü ləğv edib.

TAHİR

Chosen
45
baki-xeber.com

1Sources