EN

Ermənilərin Gəncəyə hücumu nəticəsində dağıdılmış evlərin bərpası üzrə növbəti işlərə başlanılır

Ermənistan Respublikası silahlı qüvvələrinin Azərbaycan Respublikası ərazisinə təcavüzü nəticəsində Gəncə şəhərində dağıdılmış, qəzalı vəziyyətə düşmüş, təmir və bərpaya ehtiyacı olan fərdi yaşayış evləri və qeyri-yaşayış obyektlərinin tikintisi, təmiri və bərpası işləri davam etdirilir.

Trend-in dövlət satınalmalarının vahid internet portalına istinadən məlumatına görə, bu işlərin davamı kimi növbəti mərhələ üzrə təmir işləri aparılacaq.

Belə ki, Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin tabeliyindəki Ərazi Tikinti-Planlaşdırma Mərkəzi Gəncə şəhərində bəhs olunan təmir-bərpa işləri ilə bağlı "İnşaat Servis-2" Məhdud Məsuliyyətli Cəmiyyəti (MMC) ilə yeni müqavilə bağlayıb.

 

Müqaviləyə uyğun olaraq, şirkətə 460,9 min manat ödənilib.

Buna qədər isə, dövlət qurumu indiyədək qeyd olunana işlər üzrə "İnşaat Servis-2" MMC ilə bir neçə dəfə müqavilə bağlayıb. Buna misal olaraq 2021-ci ildə 2,2 milyon manatlıq, 2023-cü ildə 1,5 milyon manatlıq müqavilələri göstərə bilərik.

Dövlət qurmunun bir neçə dəfə işləri həvalə etdiyi "İnşaat Servis-2" MMC 2009-cu ildə dövlət qeydiyyatına alınıb. Nizamnamə kapitalı 50 manat olan MMC-nin qanuni təmsilçisi Aslanov Vüqar Məzahir oğludur.

Chosen
23
2
day.az

3Sources