EN

“Hürriyyət”in baş redaktoru HƏBS OLUNDU Vüqar Məmmədov barəsində sifarişli məhkəmə hökmü

Hurriyyet portalından əldə olunan məlumata əsasən, ain.az xəbər verir.

“Hürriyyət” qəzetinin və “Hurriyyet TV”-nin baş redaktoru Vüqar Məmmədov (Tofiqoğlu) həbs olundu.

Hürriyyət.az xəbər verir ki, iki gün əvvəl Dövlət Təhlükəsizliyi Xidməti (DTX) əməkdaşları tərəfindən saxlanılan baş redaktor bu gün axşam saatlarında, təxminən saat 17:50 radələrində Səbail Rayon Məhkəməsində hakim qarşısına çıxarılıb. Məhkəmənin hökmü ilə V. Məmmədov 3 ay 13 gün müddətinə azadlıqdan məhrum edilib.

Qeyd edək ki, Vüqar Məmmədov guya hədə-qorxu ilə pul tələb etməkdə ittiham olunur. Məhkəmədə onun üzərinə iki nəfər yalançı şahid də durdurulub. 

“Hürriyyət” Səbail Rayon Məhkəməsinin bu qərarını sifarişli və tamamilə əsassız hesab edir. Baş redaktorun hüquqlarının qorunması üçün redaksiya tərəfindən bütün zəruri tədbirlər görüləcəkdir.

Xatırladaq ki, Vüqar Məmmədov 29 oktyabr 2025-ci il tarixində, axşam saat 18:00 radələrində saxlanılıb. Belə ki, DTX-nın təxminən 10 nəfər əməkdaşı həmin gün saat 18:00-da baş redaktorun “Hurriyyet TV”-də apardığı veriliş bitər-bitməz internet telekanalının ofisinə daxil olublar. Onlar V.Məmmədovu saxlamaqla yanaşı, telekanala məxsus bütün texniki avadanlıqları da özləri ilə aparıblar. Bundan bir neçə saat sonra isə “Hurriyyet TV”-nin ofisi, əməkdaşların iştirakı və xəbəri olmadan, möhürlənib.

"Hürriyyət"

P.S. "Hürriyyət" qəzetinin baş redaktoru Vüqar Məmmədovun həbsi ilə bağlı daha ətraflı məlumat verəcəyik. Bütün həmkarlarımızdan xahiş edirik ki, maraqlı şəxslər tərəfindən V. Məmmədovun həbsi ilə bağlı yalan, qərəzli və məqsədyönlü informasiyalar yayıldığından, təsdiqini tapmayan məlumat yaymaqdan çəkinsinlər.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Chosen
1
41
hurriyyet.az

10Sources