EN

Səudiyyə Ərəbistanı hökuməti Messiyə rədd cavabı verdi

Səudiyyə Ərəbistanı hökuməti argentinalı futbol ulduzu Lionel Messiyə gözlənilməz cavab verib.

Fanat.Az xəbər verir ki, hökumət Leonun MLS mövsümü bitdikdən sonra DÇ-2026-ya hazırlaşmaq məqsədilə 4 aylıq Səudiyyə Ərəbistanı Pro Liqasında çıxış etmək təklifini rədd edib.

Fransanın “L’Equipe” nəşrinin məlumatına görə, Messinin məqsədi qış fasiləsində daha yüksək səviyyədə oyun praktikasını qorumaq idi. Lakin Səudiyyə tərəfi bu ideyanı dəstəkləməyib və müqavilə danışıqlarını dayandırıb.

Qeyd edək ki, Messi hazırda “İnter Mayami” klubunun formasını geyinir.

Kamil Xudiyev

Chosen
5
fanat.az

1Sources