
Belarus Prezidenti Aleksandr Lukaşenko “Oreşnik” raket kompleksinin dekabrda respublikada döyüş növbəsinə keçəcəyini təsdiqləyib.
Yeniavaz.com xəbər verir ki, o, bunu Vitebsk vilayətinə işgüzar səfəri zamanı deyib.
“Oreşnik” dəhşətli silahdır. Dekabrda döyüş növbəsinə çıxacaq. Nə məqsədlə? İstəyirəm ki, xaricdəki rəqiblərimiz başa düşsünlər ki, əgər işlər çətinləşsə, biz onu işə sala bilərik. Rusiya Prezidenti Vladimir Putinlə oturub qərar verəcəyik və işə başlayacağıq. Ona görə də özünüzü yaxşı aparın. Axı Ukraynada müharibə belə başladı. Donbasda rusca danışanlar təqib edildi, öldürüldü, əziyyət edildi. Mən bunun şahidi oldum”, - o deyib.
Lukaşenko xatırladıb ki, Ukrayna münaqişəsi ilə bağlı sülh sazişləri vaxtilə Minskdə əldə olunub, lakin opponentlər fırıldağa əl atmaq qərarına gəliblər ki, bu da mövcud vəziyyətə gətirib çıxarıb: