Slovakiyanın Azərbaycandakı səfiri Elçin Qasımov xarici diplomatların Cəbrayıl və Zəngilana səfərini maarifləndirici adlandırıb.
“İki sahil” xəbər verir ki, bu barədə diplomat "X" sosial şəbəkəsində yazıb.
O qeyd edib ki, səfərdə iştirak edənlər regional inkişaf və bərpa layihələri (Şərqi Zəngəzurda - red.) haqqında dəyərli məlumatlar və həmçinin mövcud vəziyyət barədə məlumat əldə ediblər.
"Səmimi qonaqpərvərliyə və məlumatverici brifinqlərə görə minnətdarıq - regional inkişaf və bərpa haqqında vacib məlumatlar əldə etdik", - səfir bildirib.