Ermənistan Respublikasının baş naziri Nikol Paşinyanın qərarı ilə Ermənistan və Azərbaycan arasında kommunikasiya xətlərinin açılması üzrə Komissiyanın yeni tərkibi təsdiqlənib.
Qərara əlavə olunan siyahıya əsasən, komissiyanın tərkibi belədir:
Mher Qriqoryan – Ermənistan Respublikasının baş nazirinin müavini, Komissiyanın sədri;
Karen Andreasyan – beynəlxalq-hüquqi məsələlər üzrə nümayəndə;
Armenak Xaçatryan – baş nazir aparatının rəhbərinin müavini;
Anna Karapetyan – ədliyyə nazirinin müavini;
Vaqan Kostanyan – xarici işlər nazirinin müavini;
Robert Abisogomonyan – xarici işlər nazirinin müavini;
Anuşik Avetyan – iqtisadiyyat nazirinin müavini;
Armen Kazaryan – daxili işlər nazirinin müavini;
Armen Simonyan – ərazi idarəetməsi və infrastruktur nazirinin müavini;
Kristine Qaleçyan – ərazi idarəetməsi və infrastruktur nazirinin müavini;
Avak Avanesyan – maliyyə nazirinin müavini;
Artaşes Tumanian – baş nazirin müşaviri;
Rafael Gevorqyan – Dövlət Gəlirləri Komitəsi sədrinin müavini;
Gevorq Manukyan – Kadastr Komitəsi sədrinin müavini;
Esai Mkrtçyan – Milli Təhlükəsizlik Xidmətinin direktor müavini;
Davit Sanamyan – Milli Təhlükəsizlik Xidmətinin direktor müavini;
Artyom Sudjyan – beynəlxalq-hüquqi məsələlər üzrə nümayəndənin aparat rəhbəri;
Anait Şirinyan – Təhlükəsizlik Şurası aparatının rəhbəri;
Sergey Petrosyan – Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargahının Hərbi-topoqrafiya xidməti rəisi, general-mayor;
Saak Saakyan – Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargahının əsas təşkilati-səfərbərlik idarəsinin hərbi kommunikasiya xidmətinin rəisi, polkovnik;
Karen Sarkisyan – ərazi idarəetməsi və infrastruktur nazirinin müşaviri;
Qoar Abaciyan – “İnvestisiya Dəstəyi Mərkəzi” Fondunun direktoru (razılıqla).
Yeni daxil olan üzvlər: Karen Andreasyan, Artaşes Tumanian və Anait Şirinyan.
Musavat.com