EN

Polşa şimal-şərq sərhədlərinə 4 briqada göndərəcək

Polşa ölkənin şimal-şərq sərhədlərinə dörd ərazi müdafiə briqadası göndərəcək.

"Unikal" xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə ölkənin Milli Müdafiə Naziri Vladislav Kosinyak-Kamış öz “X” səhifəsində paylaşım edib.

Nazirin sözlərinə görə, şimal-şərq sərhədində 1-ci Podlyaska briqadası, 4-cü Varminsko-Mazurska briqadası, 19-cu Pribujska briqadası və 20-ci briqada fəaliyyət göstərəcək.

Müdafiə naziri qeyd edib ki, bu addım NATO-nun şərq cinahını və Polşanın şimal-şərq sərhədini möhkəmləndirməyə yönəlmiş növbəti mərhələdir.

Qeyd edək ki, sentyabrın sonunda Polşa Belarusla sərhədi açaraq, keçid məntəqələrinin fəaliyyətinin bərpa edilməsindən sonra nəqliyyat vasitələrinin ölkə ərazisinə buraxılmasına başlayıb.

Chosen
15
3
unikal.az

4Sources