EN

Həbs olunan məmurların uşaqları işdən çıxarılmalıdır? İnanılmaz cavablar

Bu gün yayılan məlumata görə dövlətə xəyanət və digər ağır cinayətlərdə ittiham olunan Ramiz Mehdiyevin gəlini Nigar Mehdiyeva vəzifəsindən azad edilib. Bir neçə gün öncə isə İmişli Rayon Ağsaqqallar Şurasının həbs edilmiş sabiq sədri Saleh Səmədovun üç oğlu da tutduqları vəzifələrdən uzaqlaşdırılıblar.

O da məlumdur ki, yüksək vəzifə tutan şəxslərin əksəriyyətinin övladları da yüksək vəzifə sahibi olurlar. Cəmiyyətdə belə bir fikir formalaşıb ki, onlar əslində həmin vəzifələrə öz bilik və bacarıqları hesabına deyil, məhz valideynlərinin nüfuzu və əlaqələri sayəsində təyin olunublar. Bu səbəbdən də çoxları hesab edir ki, əgər valideyn vəzifədən gedibsə və ya həbs olunubsa, övladlarının da vəzifədə qalması doğru deyil.

Bəs atası cinayət məsuliyyətinə cəlb edilən və ya işdən çıxarılan şəxsin övladına qarşı da eyni tədbir görülməlidirmi?

TV Musavat-ın əməkdaşları bu sualla Bakı sakinlərinə müraciət edib, onların rəyini öyrənib.

Hazırladığımız videosorğunu təqdim edirik:

Xalidə Gəray,
Rafət Şahbazov,
Musavat.com

Chosen
20
musavat.com

1Sources