EN

Kilian Mbappe “Qızıl buts” mükafatını qazandı

Madrid “Real”ının hücumçusu Kilian Mbappe ötən mövsümdəki çıxışına görə “Qızıl buts” mükafatı ilə təltif olunub.

90deqiqe.Az-ın məlumatına görə, mükafatlandırma mərasimində çıxış edən Mbappe qalibiyyətini komanda yoldaşlarına və azarkeşlərə həsr edib:

“Burada olduğunuz üçün hər birinizə təşəkkür edirəm. Mənim üçün ‘Qızıl buts’u almaq böyük şərəfdir. Bu mükafat mənim üçün çox önəmlidir. Komanda yoldaşlarıma xüsusi təşəkkürümü bildirirəm – onlar həmişə yanımda olub və mənə dəstək veriblər. Biz çox güclü komandayıq və böyük uğurlara imza atmağa qadirik.”

Fransalı futbolçu həmçinin “Real”da çıxış etməyin uşaqlıq arzusu olduğunu da vurğulayıb:

“’Real’ üçün oynamaq mənim uşaqlıq arzum idi. İndi burada olmaqdan qürur duyuram və ümid edirəm ki, bu klubda uzun illər çıxış edəcəyəm. Azarkeşlərə də təşəkkür edirəm – onların dəstəyi mənim üçün hər şey deməkdir.”

Mbappe növbəti dəfə də “Qızıl buts”u qazanmaq istədiyini bildirib:

“Ümid edirəm, bu mükafatı yenidən qazanaram. Mövsümə yaxşı başlamışam, amma görək necə olacaq. Hamınıza bir daha təşəkkür edirəm.”

Fransalı ulduz La Liqada keçirdiyi 34 oyunda 31 qol vuraraq bu uğura imza atıb.

Chosen
19
90deqiqe.az

1Sources