EN

Almaniyadakı Azərbaycan icmasının üzvləri ilə bu ölkənin elm xadimləri arasında dəyirmi masa təşkil olunub (FOTO)

Bakı. Trend:

Almaniyadakı Azərbaycan icmasının üzvləri ilə Şimali-ReynVestfaliya əyalətinin Miqrasiya və İnteqrasiya Məsələləri üzrəDövlət Fondunun elm xadimləri arasında dəyirmi masa təşkilolunub.

Trend xəbər verir ki, bu barədə Diasporla İşüzrə Dövlət Komitəsi məlumat yayıb.

Bildirilib ki, görüşdə “Almaniyanın azərbaycanlı məzunlarınıniki ölkə arasında iqtisadi və mədəni münasibətlərin inkişafınatöhfələri” mövzusunda müzakirələr aparılıb.

Almaniya Azərbaycanlıları Alyansının təşkilatçılığı ilə baştutan dəyirmi masada diaspor nümayəndələrinin, Almaniyada təhsilalan azərbaycanlıların ölkələrarası iqtisadi və mədəni əməkdaşlığıninkişafındakı rolu diqqətə çatdırılıb. Bildirilib ki, Almaniyadayaşayan, həmçinin bu ölkənin müxtəlif ali təhsil müəssisələrinibitirən soydaşlarımız elmi tədqiqatlar, innovativ layihələr, eləcədə mədəni proqramlar vasitəsilə iki ölkə arasında bilik və təcrübəmübadiləsini zənginləşdirir, qarşılıqlı münasibətlərin inkişafınaəhəmiyyətli töhfə verirlər.

Dəyirmi masada Azərbaycan Respublikasının Diasporla İş üzrəDövlət Komitəsinin əməkdaşları da iştirak edib. Komitənin həyatakeçirdiyi çoxşaxəli layihələr, o cümlədən Azərbaycan Evləri,Koordinasiya Şuraları, həftəsonu məktəbləri, ixtisaslaşmış forumlarvə digər əsas fəaliyyət istiqamətləri barədə geniş təqdimatolub.

Görüş fikir mübadiləsinin aparılması, gələcək əməkdaşlıqimkanlarına dair təkliflərin səsləndirilməsi və almaniyalı elmxadimlərinə hədiyyələrin təqdim olunması ilə yekunlaşıb.

Almaniyadakı
Almaniyadakı
Almaniyadakı
Almaniyadakı
Almaniyadakı
Almaniyadakı
Almaniyadakı
Almaniyadakı
Almaniyadakı
Almaniyadakı
Almaniyadakı
Almaniyadakı
Almaniyadakı
Chosen
38
3
az.trend.az

4Sources