EN

Türkiyə klubu baş məşqçisi ilə yollarını ayırdı

Türkiyənin “Fatih Karagümrük” klubu baş məşqçisi Marsel Liçka ilə yollarını ayırıb.

90deqiqe.Az-ın məlumatına görə, bu barədə İstanbul təmsilçisinin rəsmi saytı məlumat yayıb.

Məlumata görə, çexiyalı mütəxəssis klubla müqaviləsini qarşılıqlı razılaşma əsasında ləğv edib. Halbuki tərəflər arasında imzalanan müqavilə iki il müddətinə nəzərdə tutulmuşdu.

Liçka “Fatih Karagümrük”ün baş məşqçisi vəzifəsinə 2025-ci ilin iyulunda təyin olunmuşdu. Onun rəhbərliyi altında komanda Türkiyə Superliqasında 10 turdan sonra cəmi 4 xal toplayaraq turnir cədvəlinin son pilləsində qərarlaşıb və yalnız bir qələbə qazanıb.

Qeyd edək ki, 46 yaşlı mütəxəssis bundan əvvəl Rusiyada “Orenburq” və Moskva “Dinamo” klublarını çalışdırıb. O, “Dinamo” ilə 2023/2024 mövsümündə Rusiya Premyer Liqasının bürünc medalını qazanmışdı.

Chosen
25
90deqiqe.az

1Sources