EN

4 günə 40 fahişə: Prins Endru Maunbetten-Vindzorun həyatı

Prins Endru Maunbetten-Vindzorun “mənəvi kompası yoxdur” və vəzifəsindən “ciblərini doldurmaq” və arvadbazlıq etmək üçün istifadə edir.

Editor.az bildirir ki, bu barədə Britaniya kral ailəsi haqqında yazan tarixçi Endryu Lounin yazıb. Onun sözlərinə görə, 2001-ci ildə Taylanda rəsmi səfəri zamanı Şahzadə Endryu dörd gün ərzində beşulduzlu otel otağına 40 fahişə sifariş edib. “2001-ci ildə Endryu 41 yaşına çatıb, orta yaş böhranı başlayıb və qadın izdihamının dalınca düşməyə başlayıb. O, bu səfərləri etmək üçün vergi ödəyiciləri tərəfindən maliyyələşdirilən satış nümayəndəsi vəzifəsindən istifadə edib”. Louninin sözlərinə görə, Vindzoru ziyarət edən 40 fahişə haqqında hekayə sonradan “Reuters” müxbiri və Tayland kral ailəsinin üzvü də daxil olmaqla bir neçə mənbə tərəfindən təsdiqlənib.

Bir gün əvvəl Böyük Britaniya kralı Şahzadə Endryunu rəsmi olaraq bütün titul və şərəflərdən məhrum edilməsini əmr edib. Oktyabrın ortalarında Endryu III Çarlzla söhbətdən sonra titullarından imtina etmək qərarına gəldiyini bildirib. BBC, Sky News və Reuters-in məlumatına görə, qərara Kralın kiçik qardaşının maliyyəçi Ceffri Epşteyn ilə münasibətləri ilə bağlı açıqlamalar səbəb olub. Endryu Mauntbatten-Vindzor bütün ittihamları rədd edir.

//Samir Qurbanov, Editor.az

Chosen
11
editor.az

1Sources