EN

Cüdoçumuz Avropa çempionu oldu

Moldovanın paytaxtı Kişineuda cüdo üzrə U-23 Avropa çempionatı start götürüb.

Missiya.Az xəbər verir ki, ilk yarış günündə milli komandamız aktivinə bir qızıl medal yazdırıb.

Belə ki, 66 kq çəki dərəcəsində çıxış edən təmsilçimiz finalda Niderland idmançısı Yoxem van Harten üzərində əzmkar qələbə qazanaraq çempion olub. 

Turnirə 1/16 finaldan başlayan İslam Rəhimov ardıcıl olaraq slovakiyalı Roman Dekan və xorvatiyalı Dani Klaçarı mübarizədən kənarlaşdırıb. Növbəti görüşdə Ermənistan idmançısı Jirayr Hambaryanı məğlub edən cüdoçumuz final yolunda son olaraq Nazar Viskova qalib gəlib.

Qeyd edək ki, İslam Rəhimov 4 il öncə yeniyetmələr arasında Avropa çempionu tituluna yiyələnmişdi.

Chosen
14
14
missiya.az

10Sources