EN

Vaxt gələcək iylənmiş Avropa qəbul etdiyi təmiz havaya görə Belarusa pul ödəyəcək – Lukaşenko

Belarus prezidenti Aleksandr Lukaşenko bəyan edib ki, Avropa bir gün ölkənin qalan meşələri və bataqlıqlarında yaradılan təmiz havaya görə Belarusa pul ödəyəcək.

Editor.az xəbər verir ki, BelTA-nın məlumatına görə, o, bunu jurnalistlərə Berezina Biosfer Qoruğuna səfəri zamanı deyib: “Bu, bizim gələcəkdir, biz onu qorumalıyıq. Və vaxt gələcək ki, bu iylənmiş Avropa Allahın bizə verdiyi və bizim qoruduqlarımız üçün pul ödəyəcək”, – Lukaşenko deyib.

O qeyd edib ki, Avropa Birliyində bütün bunlar praktik olaraq yoxdur və külək guya orada təmiz hava şəklində Belarus “xeyirxahlığını” daşıyır: “Bunun əvəzinə, onlar bizi sanksiyalarla boğmağa başlayıblar. Bu, keçəcək və artıq keçir. Düşünürəm ki, bunun üçün bizə pul ödəyəcəkləri vaxt uzaqda deyil”, – Belarus prezidenti bəyan edib.

//Samir Qurbanov, Editor.az

Chosen
25
editor.az

1Sources