EN

Pentaqon Ukraynaya “Tomahawk” raketlərinin verilməsinə razılıq verib – CNN

ABŞ Müdafiə Nazirliyi (Pentaqon) Ukraynaya uzaqmənzilli “Tomahawk” qanadlı raketlərinin göndərilməsinə yaşıl işıq yandırıb.

Editor.az xəbər verir ki, bu barədə CNN mənbələrinə istinadən məlumat yayıb.

Məlumata görə, Pentaqon bu addımın ABŞ-ın müdafiə ehtiyatlarına mənfi təsir göstərməyəcəyini müəyyən edib. İndi son qərar ABŞ prezidenti Donald Trampın səlahiyyətindədir.

Qeyd olunur ki, Vaşinqton Kiyevə hərbi yardımın genişləndirilməsi, o cümlədən yüksək dəqiqlikli uzaqmənzilli silahların verilməsi imkanını nəzərdən keçirir.

//Samir Qurbanov, Editor.az

Chosen
32
27
editor.az

10Sources